Əsas Səhifə > Üst manşet / Güney Press > AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR

AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR


Bu gün, 01:50

"Ölkədə vətəndaşı əzən, təzyiq altında saxlayan qurumların sayı artıq itib.
Səlahiyyəti, gücü olan hər qurumiun əlində yekə bir zopa var..." "DİA-AZ" xəbər verir ki, bu etiraz dolu müraciətin müəllifi tanınmış iqtisadçı ekspert Rövşən Ağayevdir.
"Hamısı da vətəndaşın başına vurmaq üçündür..." deyə fikrini davam etdirən ekspert daha sonra bildirir:
"Xüsusən kəndlərdə vətəndaşlar son 35 ildə indiki qədər hüquqsuz vəziyyətə salınmayıb.
Yağış daman evinin damını belə dəyişmək hüququnu itirib insanlar.
Bu qədər zülm azmış kimi kommunal xidmət təşkilatları da əllərinə yekə bir kötək alıb.
Deməli, kənddə yaşayan yaxın adam deyir ki, səhər tezdən evdən çıxırsan, gedirsən işə axşam gəlib görürsən ki, qaz sayğacın möhürlənib. Yəni istifadə edə bilmirsən.
Səbəb nədir? Gəlib ev sahibini evdə tapmayan qaz işçiləri əsəbləşiblər ki, sən niyə ovcunun içini iyləyib bilməməsən ki, qaz şəbəkəsini yoxlamaq üçün nəzarətçilər gələcək. Sən də oturub onları gözləməli, yoxlama üçün qapını taybatay açmalısan.
Yoxlamanın da məqsədi odur ki, mənzildə qazdan istifadə vəziyyətinə baxış keçirilsin, qanusuz və təhülkəli hansısa istifad hallarının olub-olmadığı öyrənilsin.
Vətəndaşı tapmırsan möhürlə, qoy bayram-şənbə-bazar 3 gün də qazsız qalıb ağlı başına gəlsin. Bir də qapısını bağlı saxlayıb iş-gücə getməsin.
Bazar ertəsi də işini-gücünü atıb gedər rayon mərkəzinə, bu əlizoplı adamları tapar, yalvarıb-yaxarıb onları mənzilə baxışa gətirər, mərhəmətləri sayəsində sonunda xəttindəki kilidi sökdürər..."


Geri qayıt