Əsas Səhifə > Üst manşet / Güney Press > Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi

Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi


Bu gün, 03:23


"Başıma gələn maraqlı (və bir o qədər əsəbi) bir hadisəni paylaşıb həm məsləhət almaq, həm də digərlərini məlumatlandırmaq istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "​Keçən həftəsonu dostlarla rayona getmişdik. Hər dəfə pul-para söhbəti olmasın deyə, bütün xərcləri mən qarşıladım, sonda isə xərci böldük. Adambaşına 124 AZN düşdü. WhatsApp qrupunda Kapital Bank kartımı (4169***) paylaşdım ki, hər kəs öz payını göndərsin.
​Gözəl ölkəmin gözəl bankı cəmi 6 nəfər ard-arda 124 AZN köçürəndən sonra kartımı saniyəsində blokladı. Səbəb: "İntensiv mədaxil". Zəng edirəm, deyirlər ki, bəs bura ticarət obyekti deyil, sübut eləməlisən bu pullar nə puludur.
​Dostlararası xərc bölüşməyi "sahibkarlıq fəaliyyəti" zənn edən süni intellektinizə heyran qaldım doğrusu. İndi əlimdə həm WhatsApp yazışmalarının skrinşotları var, həm də dostların göndərdiyi 6 dənə çek. Oturub idarə heyətinin sədrinə ərizə yazmaqla məşğulam ki, "vallah-billah, biznes qurmamışam, rayonda kabab yemişdik, onun puludur"..."


Geri qayıt