Əsas Səhifə > Üst manşet / Güney Press > Vətəndaş bu quruma qarşı iddia qaldırdı
Vətəndaş bu quruma qarşı iddia qaldırdıBu gün, 06:23 |
|
"Buradan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və onun rəhbərliyinə müraciət edirəm.." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində qeyd edən Elvin Mirzəyev adlı sosial şəbəkə istifadəçisi daha sonra bildirir:
"Artıq 1.5 ildir ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsi, döngə 1, ev 26a ünvanında süni yaradılmış su problemindən əziyyət çəkirik. Anam 1-ci qrup əlildir (təkərli kürsüdə hərəkət edir), amma qurumun məsuliyyətsizliyi və biganəliyi ucbatından belə bir ağır vəziyyətdə günlərlə susuz qalmağa məcburuq.
Ən absurd və dözülməz olanı isə odur ki, qonşularda su olduğu halda, bizim evdə su yoxdur! Elə bu dəqiqənin özündə qonşuda su var, bizdə isə bir damla da yoxdur. İki gün əvvəl gecə suyu verdilər, ondan sonra yenə kəsdilər. Artıq tam 2 gündür ki (bu gün 21 iyun, bazar günüdür) evdə yenə su yoxdur.
Bizim qurumla bağladığımız rəsmi müqaviləmiz var, 0110802610001 nömrəli abonentik və heç bir borcumuz yoxdur. Şikayət edəndə hər dəfə bir bəhanə uydururlar ki, guya xətdə təzyiq yoxdur. Bəs necə olur ki, Prezident Administrasiyasına şikayət edən kimi heç bir xətt dəyişmədən, "təzyiq" öz-özünə yaranır və su gəlməyə başlayır?!
Mən artıq bu qanunsuzluqla və istehlakçı hüquqlarımızın pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi şikayət etmişəm və hazırda cavab gözləyirəm. Əgər problem dərhal və birdəfəlik həll olunmasa, əlimdəki rəsmi müqavilə və digər sübutlarla birlikdə Məhkəməyə müraciət edəcəyəm (iddia ərizəm artıq e-Məhkəmə sistemində hazırdır)..."
Geri qayıt |