Əsas Səhifə > Üst manşet / Güney Press > Bütün səlahiyyətlər sektor müdirinə verilib?
Bütün səlahiyyətlər sektor müdirinə verilib?Bu gün, 06:53 |
|
Azərbaycanda bəzi dövlət qurumlarının taleyi heç cür sabitlik tapmır. Xüsusilə söhbət təhsil sektorundan gedəndə bu problem daha qabarıq görünür. Çünki təhsil təkcə bir sahə deyil, gələcəyi formalaşdıran strateji istiqamətdir. Bu baxımdan Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyində baş verən proseslər təkcə bir qurumun daxili işi deyil, ölkənin əmək bazarının və iqtisadi inkişafının gələcəyi ilə birbaşa əlaqəlidir. Dövlətin son illərdə peşə təhsilinə ayırdığı milyonlarla manat investisiya, həyata keçirilən islahatlar və infrastruktur layihələri fonunda idarəetmə ilə bağlı ortaya çıxan neqativlər ortaya ciddi problemlər çıxarıb. Unudulmuş sahədən strateji istiqamətə Azərbaycanda peşə təhsili sistemi uzun illər diqqətdən kənarda qalmışdı. Köhnəlmiş infrastruktur, zəif maddi baza, əmək bazarının tələblərinə cavab verməyən ixtisaslar və idarəetmə problemləri bu sahəni faktiki olaraq tənəzzül vəziyyətinə salmışdı. Lakin son on ildə vəziyyət dəyişməyə başladı. Dövlət tərəfindən peşə təhsilinin inkişafına böyük həcmdə maliyyə vəsaiti ayrıldı, yeni peşə təhsil mərkəzləri yaradıldı, mövcud müəssisələr əsaslı təmir olundu, müasir avadanlıqlar alındı və beynəlxalq təcrübənin tətbiqinə başlanıldı. Nəticədə gənclərin peşə təhsilinə marağı da artdı. Bununla belə, görünən odur ki, maddi-texniki bazanın yenilənməsi idarəetmə problemlərini tam aradan qaldırmayıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi son illərdə bir neçə dəfə dəyişib. Son beş il ərzində Agentliyə ard-arda yeni rəhbərlərin təyin olunması sistemdə uzunmüddətli və dayanıqlı idarəetmə modelinin formalaşmasına imkan verməyib. Peşə təhsili sahəsində çalışan şəxslərin fikrincə, əvvəlki rəhbərlik dövründə, əsasən Ceyhun Kərəmovun direktorluğu zamanı həyata keçirilən bəzi kadr siyasəti, qərarları bu gün də sistemə təsir göstərməkdə davam edir. İddialara görə, peşə təhsili sahəsində kifayət qədər təcrübəsi olmayan şəxslərin rəhbər vəzifələrə gətirilməsi idarəetmədə əlavə çətinliklər yaradıb. Bir yandan da hazırkı direktor İlqar Bayramlının məhz belə kadrlara üstünlük verməsi vəziyyəti daha da ağırlaşdırıb. Hazırda aylardır Agentliyə İlqar Bayramlı direktor təyin edilib. Lakin təyinatdan müəyyən vaxt keçməsinə baxmayaraq, peşə təhsili sahəsində nəinki fundamental dəyişikliklərin hiss olunduğu, əksinə ciddi geriləmələrin ciddi şəkildə özünü göstərməsi müşahidə olunduğu iddia edilir. Bizimesr.com-a daxil olan məlumatlara görə, Agentlik daxilində aylardır kadr siyasəti və səlahiyyət bölgüsü ilə bağlı açıq mübarizə gedir. Mənbələrin bildirdiyinə görə, İlqar Bayramlı bütün səlahiyyətləri həmyerlisi olan İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədova həvalə edib. Məhz bu addım bütün peşə təhsili sisteminə ciddi təsirlər göstərməyə başlayıb. Bu sahədə o qədər də təcrübəyə malik olmayan Murad Məmmədovun qərarlarını icra etməyin mümkünsüzə çevirilib. İddia olunur ki, İlqar Bayramlının tapşırığı ilə heç bir Peşə Təhsili Mərkəzi rəhbəri və ya Peşə məktəbinin direktoru Murad Məmmədovun icazəsi olmadan addım ata bilməz və bu mütləq icazə ilə edilməlidir. Agentliyin tabeliyindəki Mərkəzlərin və məktəblərin direktorları Murad Məmmədovun icazəsi olmadan bir xadiməni işdən çıxara və işə qəbul edə bilməz. Murad Məmmədovun imzası olmadan İlqar Bayramlı belə qərar verə bilməz (?)... Məlumata görə, bəzi peşə təhsil mərkəzlərinin rəhbərləri verilən tapşırıqların normativ sənədlərlə uzlaşmadığını və onların icrasında çətinliklər yarandığı bildirilir. Agentlik daxilində formalaşdığı iddia edilən qeyri-rəsmi təsir mexanizmləri idarəetmə proseslərini mürəkkəbləşdirir və qərarların qəbulunda əlavə gərginlik yaradır. İddia olunur ki, Agentlik daxilində təsir imkanları ilə adı hallandırılan şəxslərin fəaliyyət dairəsi təkcə inzibati qərarlarla məhdudlaşmır. İmtahanlardan yüksək bal toplayan, müsahibələrdən keçən, amma işə qəbul ala bilməyən şəxslərin müraciətləri də Murad Məmmədova yönləndirilir və nəticəsiz qalır. Ötən il onlarla şikayət Murad Məmmədovun rəhbəri olduğu İnsan resursları və hüquq sektoruna ünvanlansa da, heç biri həllini tapmayıb. Şikayətçilərlə telefon əlaqə saxlayan Murad Məmmədov onlara yalnız "araşdırılacaq" cavabını verərək, vaxt qazanır. Xatırladaq! Peşə Təhsili üzrə Dövlət Agentliyinin əsasnaməsinin - 5. Agentliyin fəaliyyətinin təşkili bölməsində yazılır... Geri qayıt |