Əsas Səhifə > Üst manşet / Güney Press > TTY sistemində NƏ BAŞ VERİR?

TTY sistemində NƏ BAŞ VERİR?


Bu gün, 06:31

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yaxın saatlarda təyinat olacaq.

Tribuna.az-a özəl mənbələrdən daxil olan xəbərə görə, TƏBİB-in tabeliyində olan sözügedən quruma Kravçenko Teymur Adıleviç rəhbər gətiriləcək.
Məlumatda bildirilir ki, Kravçenko artıq üç gündür işə çıxır. Təyinatı isə bu gün rəsmiləşdiriləcək.

Qeyd edilir ki, sözügedən şəxs TTYM-də çalışan bütün işçilərə göstəriş verib ki, özləri ərizələrini yazaraq, könüllü olaraq işdən ayrılsınlar. Bunu isə özünün komandasını iş başına gətirəcəyi ilə əsaslandırıb.
Tribuna.az-a bildirilir ki, Kravçenko işdən çıxmayanları hədələməkdən də çəkinməyib. Belə ki, onlar işdən çıxmayacaqları təqdirdə, “köhnə məsələləri” qaldıracağını, onlarla bağlı “qanuni” tədbir görəcəyini deyib.


Geri qayıt