Əsas Səhifə > Üst manşet / Güney Press > Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir
Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedirBu gün, 02:28 |
|
O daha sonra müraciətini belə davam etdirir: "Əgər aparılan ixtisarlar iqtisadi əsaslandırmadan daha çox idarəetmədəki çatışmazlıqların nəticəsidirsə, bu, dövlət üçün əlavə təhlükələr yaradır. Bu təhlükələrdən ən önəmliləri insan resurslarının idarə edilməsində səriştəsizliyin yaranması,uzun illər ərzində formalaşmış peşəkar potensialın itirilməsi və ən əsası da istehsalat təhlükəsizliyinin risk altına düşməsidir.
Çünkü hazırda Siyəzənneft NQÇİ-də işçi çatışmamazlığı var bizim böyük vəzifədə şöbələrdə əyləşənlər öz yüksək peşəkarlıqlarına başalrı qarışıb bunu yuxarı insatniyaya çatdırmasa da mən qara fəhlə deyə bilərm ki sahələrdə 1 operator 40 -50 quyuya nəzarət edir üstəlik də gecə növbəsində,bundan əlavə də demək olar bütün sahələrdə 1 işçi 2- 3 işçinin əvəzinə işləyir.Bu isə mədəni şəkildə əməyin istismarı hesab olunur.Neft sənayesi yüksək peşəkarlıq tələb edən sahə olduğundan burada təcrübəli kadrların itirilməsi də gələcəkdə daha böyük iqtisadi itkilərə səbəb olacaq.Çünkü əsas kapital neft deyil insandır.Məhz insan kapitalı sayəsində neft istehsal edilir və bu maliyyə kapitalına çevrilir.
Ən ciddi məsələlərdən biri də sosial problemlərin siyasi nəticələr doğurmaq potensialına sahib olmasıdır ki bu da əmək kollektivi arasında narazıçılığın pik həddə çatmasına səbəb olduğu üçün gələçəkdə dövlətin sosial siyasətinə münasibətə,dövlət qurumlarına etimada,İdarəetmənin səmərəliliyi haqqında ictimai rəyə mənfi təsir göstərəcək.
Sonda onu deyə bilərəm ki mövcud vəziyyət göstərir ki, neft sənayesində həyata keçirilən kadr siyasəti yalnız maliyyə qənaəti baxımından deyil, həm də sosial, siyasi və milli təhlükəsizlik aspektlərindən qiymətləndirilməlidir. Maliyyə qənaəti fonunda kütləvi şəkildə fəhlə heyyətinin ixtisar olunması başqa bir tərəfdən də neft sahəsində hansısa nailiyyətə imza atmayan rəhbər şəxslərin yüksək faizdə peşəkarlıqla təltif edilməsi özü başqa bir paradoks çox əcaib bir paradiqma hesab edilə bilər.
İqtisadi qənaət ( xərcləri azaltmaq ) məqsədilə qəbul edilən qərarlar uzunmüddətli dövrdə dövlət-vətəndaş münasibətlərinə,sosial sabitliyə,İnsan kapitalına,enerji sektorunun dayanıqlılığına mənfi təsir göstərəcək.Mən belə düşünürəm.Çünkü Neft sənayesində aparılan kadr siyasəti yalnız müəssisədaxili məsələ deyil. Bu proses dövlətin sosial siyasətinə, ictimai etimada birbaşa təsir göstərən amildir.
Xülasə onu deyim ki Neft sənayesinin əsas sərvəti yalnız hasil olunan neft deyil, həmin sərvəti istehsal edən onun istehsalı üçün gecə gündüz yağışın qarın altında olan bə 5 ildir ki əmək haqqında heçbir dəyişiklik olmayan zəhmətkeş fəhlə və mühəndis heyyəti olan insanlardır..."
Geri qayıt |