Əsas Səhifə > Üst manşet / Güney Press > İşçilərin məzuniyyət pulu KƏSİLİR
İşçilərin məzuniyyət pulu KƏSİLİRBu gün, 06:26 |
|
"Hörmətli Azneft İB rəhbərliyi... Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə edilmiş dəyişikliklərə əsasən, işçiyə verilən məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən onun məzuniyyət ödənişinin sonuncu aylıq əmək haqqından az olmaması prinsipi nəzərə alınmalıdır..." "DİA-AZ" xəbər verir ki bunu öz müraciətində SOCAR işçisi Zamiq Əliyev qeyd edib.
Müraciətdə daha sonra deyilir: "Lakin müəssisədə məzuniyyət ödənişlərinin hesablanması zamanı göstərilən qanunvericilik tələbinin tam tətbiq edilmədiyi müşahidə olunur. Nəticədə işçilərin məzuniyyət haqqı onların sonuncu aylıq əmək haqqından əhəmiyyətli dərəcədə aşağı hesablanır ki, bu da işçilər arasında haqlı narazılığa səbəb olur.
Misal üçün, Siyəzənneft NQÇİ-nin operatoru Etibar Qəniyevin məzuniyyət ödənişi sonuncu əmək haqqından 60 manat aşağı hesablanıb.Başqa işçilər də bundan şikayət edir.Mən də işçi kimi Sizdən məsələni araşdırmanızı xahiş edirəm. Əgər qanunda belə nəzərdə tutulubsa, hesablamanın bu şəkildə aparılması məcburi hesab olunur".
Geri qayıt |