Əsas Səhifə > Üst manşet / Güney Press > Bu nə əyləncədir, bu nə həvəsdir?

Bu nə əyləncədir, bu nə həvəsdir?


Bu gün, 07:21

"Yeni bir xəbər oxudum: on birinci siniflər şənlik üçün 40.000 manat pul yığıblar. Hətta Röya Ayxanı da şənliyə çağırıblarmış..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış təhsil eksperti Sakit Muradov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "40000 manat. Təsəvvür edirsiniz, bu pulla kənar yerlərdə ev almaq, 2 maşın almaq və ya başqa çox şey eləmək olar. Amma sadəcə şənlik edirlər. Üstəlik 40000 manat məbləğ üçün düşünün şagirdlərdən nə qədər pul yığılır...
Bunun Azərbaycanda bir məktəbdə olması, bu xəbərin bu günlərə aid olması həqiqətən çox böyük bir DƏHŞƏTDİR!.."

Geri qayıt