Əsas Səhifə > Üst manşet / Güney Press > Adamı heç YÜK YERİNƏ də qoymurlar

Adamı heç YÜK YERİNƏ də qoymurlar


9-06-2026, 04:41
"Şikayətim Xaliq Faqioğlu MMC- yə məxsus 65 nömrəli avtobusla bağlıdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Kənan Quluzadə adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Şəhərdəki ən dolu marşrut xəttlərindən birinə sahibdirlər ,amma, İyun ayına rəğmən kondisionerlər istifadə olunmur. Keçən həftə buna görə sərnişinlərlə insident yaşandı, tıxacda və həddən artıq sıxlıq şəraitində avtobus kondisioner qoşmadan getdi.
Adicə yük daşımada belə yay vaxtı gələndə kondisioneri işləməyən nəqliyyat vasitələri reysə buraxılmır. Amma hər gün yüzlərlər adam daşıyan avtobus kondisioneri istifadə etmədən reysə çıxır..."

Geri qayıt