Əsas Səhifə > Üst manşet / Güney Press > Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR
Alimlərin maaşları BUNA GÖRƏ ARTMIRBu gün, 07:15 |
|
Dilçi alim özünün sosial şəbəkə hesabında yazır: "Rüşvət, fırıldaq və mənimsəmələrlə qidalanan iri akademiklər, xımır-xımır yeyib-dağıdan və özünə ləyaqətsiz ətraf yaradan rektorlar, direktorlar deputatdan pis yaşamırlar, əksinə, qeyri-rəsmi qulluqçuların, onlara müqəddəs zat kimi baxan qadın və qızların əhatəsində özlərini bambaşqa aləmdə hiss edirlər, hətta yığdıqları haram milyonlardan Əzrailə vermək istəyirlər ki, hətta 80-90 yaşlarında da bu cənnət dünyada onların canını almasın və rahatca xalqın canını almaqda, övladlarını şikəst etməkdə davam etsinlər. Milləti rəzil edən akademik eyş-işrətlər belə bir şəraitin yaranmasında misilsiz xidmətləri olan, əlaltılıq və yal tulalığını şərəf sayan suyuq, görməmiş, kiçik bir vəzifədən və ya "əhsən"dən yana ləyaqətini satmış mənəviyyatsız alim, dekan, şöbə müdiri, kafedra müdiri, müşavir, nəyinsə müdiri, elmi işçi, laborant və digərlərinin müşayiəti ilə gerçəkləşir. Geri qayıt |