Əsas Səhifə > Üst manşet / Güney Press > AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ

AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ


Bu gün, 06:53

"Ölkənin Əmək Məcəlləsi Azəriqaz İB tərəfindən pozulur Dövlət Əmək Müfəttişliyi Xidməti isə susur... Niyə?" "DİA-AZ xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 15-ə görə, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan Dövlət Əmək Müfəttişliyi Xidmətidir..."
NHMT sədri bunun ardından əlaqədar qurum və şəxslərə müraciət edərək tədbir görməyə çağırır və konkret işçi şikayətini təqdim edir:
"SOCAR Azəriqaz İB Xaçmaz Xidmət sahəsində qeyri iş günləri, (şənbə, bazar günü), işçilər sayğacları oxunmaya çağırırilir amma nə işlədiyimiz gün yazilmir.əlavə əmək haqqı verilmir nə də təhlükəsizliyimizi təmin edən yoxdu. Qeyiri iş günü başımıza hansısa bir bədbəxt hadisə gəlsə ailə üzvlərimizə kim cavab verəcək? Heç kəs üçün maraqlı deyil bu? İş tələb edən çoxdu amma işçilərlə maraqlanan yoxdur..."
Mirvari Qəhrəmanlı yuxarıda qeyd olunan şikayət üzrə işçi hüquqlarını da xatırladıb: "Azəriqaz İB Əmək Məcəlləsinin aşağıda qeyd olunan maddələrini mütamadi pozduğu üçün yenidən həmin maddələri diqqətinizə çatdırıram. Zəhmət olmasa əzbərləyin!
Maddə 101. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar
1. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:
a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;
c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;
ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
d) işçini əvəz edə biləcək başqa işçinin olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.
2. İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.
Maddə 104. 3. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş ☑️müstəsna(maddə 101) hallarda yol verilir
Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
ARƏM Maddə 164.2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. ✅ İşçinin arzusu ilə, bu halda qanun tələb edir ki
ARƏM -n müvafiq maddələrini pozan işəgötürən Məcəllənin maddə 310- a əsasən cəzalanmalıdır!.."

Geri qayıt