Əsas Səhifə > Üst manşet / Güney Press > Bu qaniçən faizlərlə məqsədiniz NƏDİR?

Bu qaniçən faizlərlə məqsədiniz NƏDİR?


Bu gün, 06:54

"Niyə banklarda qaniçən faizlər var? Şəkildən də göründüyü kimi "öndəgedən" banklardan "Kapital bank"da 12 aya 38% illik kredit təklifi edilir..." "DİA-AZ" xəbər verir ki, bu barədə Məmməd Emin adlı sosial şəbəkə istifadəçisi özünün etiraz dolu postunda gileylənir.

Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Son zamanlarda problemli kreditlərin sayının artmasına baxmayaraq, paralel olaraq da bankların xalqa verdiyi kreditlərdə faiz dərəcəsi də həddən artıq yüksəldilmişdir, üstəlik bütün bunlar Mərkəzi Bank deyilən qurumun uçot faiz dərəcəsəni aşağı salması fonunda baş vermişdir. Burada qeyd etməyim, gedin özünüz araşdırın və görün Avropa, Yaponiya, Cənubi Koreya və ABŞ-dakı kreditlərin faiz dərəcələrinə, sonra bizim bankların verdiyi, istismarın beləsi də olmaz... Ölkədəki əməkhaqları və ya yaşayış səviyyəsi də məlumdur, (işsizlik dalğası da bir yandan) nəsə bir iş görmək istəyirsənsə, məcbur kreditə girməlisən. Məncə bunlar bilərəkdən edilən şeylərdir, məqsəd isə xalqı daha da acınacaqlı duruma salmaqdır. Sanki kimlərsə bunu məqsədli şəkildə edir. Çox şey istəmirik, sadəcə xalqın xidmətçiləri olan məmurlar xalqa xidmət eləsin! Elə olarsa, nəzarət olarsa, belə özbaşınalıqlar və qaniçmələr də olmaz..."


Geri qayıt