Əsas Səhifə > Üst manşet / Güney Press > Burda adamı rəsmən qarət edirlər...

Burda adamı rəsmən qarət edirlər...


Bu gün, 07:08

"Deməli, mən "Unibank" haqqında öz şikayətimi bildirmək istəyirəm". "DİA-AZ" xəbər verir ki, bu barədə Pərvin Maşıyeva adlı sosial şəbəkə istifadəçisi öz postunda gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Yeni "unibank U" bank kartı almışam, içində azn, usd və euro kartı var. Dünən azn'dən dollara dəyişim eləmək istədim. Məbləği yazanda orda konvertasiya məbləği görünmədən birbaşa çevirib göndərdi və 900 dollara 12 dollar əlavə haqq çıxdı! Bu nə deməkdi axı? Olduğum ölkələrdə belə bu qədər baha çevirmirlər, illərdi ABB ilə işləyirəm, 100 dollara 30 qəpiklə çevirir öz kartları arasında! Ən pisi də odur ki, mənə öncədən komissiyanın məbləğini göstermeden birbaşa çevirir. Dərhal yazdım, dedim geri qaytarın pulumu AZN-lə... mən kartı qırıb atıram, dedilər mümkün deyil! Gözləyirəm bayram bitsin, ofisə gedib onların başına oyun açacam! Bu birbaşa soyğundur mənə görə!"

Geri qayıt