Əsas Səhifə > Üst manşet / Güney Press > Təhsilimiz Bağırovlardan qurtula bilmir
Təhsilimiz Bağırovlardan qurtula bilmirBu gün, 06:33 |
|
Azərbaycan təhsilinin başında "dəlləkliyi öyrənənlər" az olmayıb. Bu illər ərzində təhsilin körpə budaqlarını baltalayanlar da görmüşük, onu məhvə sürükləmək istəyənlər də. Təhsil isə millətin gələcəyidirsə, deməli, onlar millətin gələcəyini şikəst etmək istəyənlər, təhsilə düşmən kəsilənlərdir. Ancaq sonrakı illərdə bəzilərinə elə gəldi ki, təhsil idarəetməsində dəyişikliklər, fiqurların əvəzlənməsi ilə müsbət irəliləyiş olacaq. Zaman isə göstərdi ki, "dəlləkliyi" təhsilin başında öyrənənlər vəzifələrə gətirilib. Misal üçün biri elə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov. Hamının sevdiyi "Yol əhvalatı" filmində deyildiyi kimi, "adama nə qədər demək olar ki, ay oğul, qurtar bu xırda-xuruş alverdən". "Bağırov bazarı" Eşqi Bağırov da məhz mühüm bir postun başına gətiriləndən sonra "xırda-xuruş" biznesdən əl çəkmək bilmir - direktor təyinatlarını, müəllimlərin və şagirdlərin yerdəyişməsini "Bağırov bazarı"na çevirib. Bəli, Bakıda "Bağırov körpüsü" var idi, indi təhsilimizdə ", Bağırov bazarı" yaranıb. Bu səbəbdən, təhsildə keçmiş idarəçiləri əvəzləyən "islahatçı" Eşqi Bağırov kimi məmurlar bu sahəni elə günə salıb ki, iflic adamın bədəninə oxşayır. Yəni əl-qolu şikəst, sifəti deformasiyaya uğramış, ağzı əyilmiş, gözü çəpləşmiş bir Azərbaycan təhsili var - Eşqi Bağırovun və komandasının son illərdəki fəaliyyəti sayəsində. Sağ olsun, Bağırov və adamları təhsili yarımcan edib, ayağa qalxmağa heyi qalmayıb.
Bağırovun o qədər də çox yaşı yoxdur. O, əmək fəaliyyətinə 2014-cü ildə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində məsləhətçi kimi başlayıb. Qarşı tərərf kimi adıçəkilən şəxslər mövqe bildirmək istəyərlərsə məqaləni hazırlayan Jurnalist Nicat Mahmudovun ünvanladığı bəzi suallara da cavab vermələri xahiş olunur. Qeyd edək ki ,oxşar suallar Mediyada və sosial şəbəkələrdə dəfələrlə verilsə də indiyədək qarşı tərəfdən heç bir təkzib vəya hər hansı açıqlama verilməmişdir: 1. Eşqi Bağırovu Prezident Administrasiyasında vəzifə tutan hansı qohumu himayə edir və agentlik sədrinin qohumu olan "Həsən ağa" kimdir? 2.Eşqi Bağırov Nurlan İsmayıbəylinin yerdəyişmə , setifikasiya, müqavilələr, direktor ,direktor mavinlərinə və başqa təyinatlarda iştirakına nə üçün belə şərait yaradıb? 3. Bundan başqa, müəllimlərin sertifikasiyasında yığılan pullar iddia edilir. Bu pullar MÜTDA yaxınlığında yerləşən dərzixanalarda niyə yığılır və hara daşınır? Məktəblərdə rüşvət piramidası və direktorların Eşqi Bağırovla işbirliyində nə kimi maliyyə maxinasiyaları, yeyintilər var, hesab edirik ki, bunun da Maliyyə nazirliyinin ciddi araşdırmasına ehtiyac var.-deyə Nicat Mahmudov qeyd edib. 1XEBER.MEDİA
Geri qayıt |