|
"AYNA nə oyun çıxardıb şəhərdə?!." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Tural Bakuvi yazır. O daha sonra fikrini belə davam etdirir: "Maşını dəmirçiyə verdiyim üçün bu günlərdə taksilərdən daha çox istifadə etməli oldum və vəziyyətin necə pis olduğunu gördüm. Taksilər nə müştəri götürmək üçün, nə də düşürtmək üçün yer tapa bilmirlər, çünki hər yerdə (mənasız) velosiped zolaqları və avtobus xətləri çəkilib və taksi sürücüləri harada saxlasalar dərhal cərimə gəlir. Təsəvvür edin, sifariş verdiyin nöqtədən xeyli aralı gedib, boş parkinq yeri tapırlar, sən də yavaş-yavaş gedirsən üzü küləyə... Eyni hal maşından düşəndə də təkrarlanır. Çıxış yolu isə budur ki, taksilərə həm avtobus, həm də velosiped zolaqlarında 30-40 saniyəlik durma icazəsi verilməlidir..."
Geri qayıt
|