Əsas Səhifə > Üst manşet / Güney Press > 1 həftədir su borusu partlayıb...
1 həftədir su borusu partlayıb...Bu gün, 03:29 |
|
O daha sonra bildirir: "Dəfələrlə "Azərsu"ya (ADSEA) yığmışıq, çifayda!
Dövlət başçısının seçilməsi ilə bağlı mütəmadi keçirilən seçkilər çox vaxt dövlətin ana strategiyasını zədələyə bilir.
Məsələn, ABŞ-da demokratlar Ukraynanı dəstəkləyir, Ukrayna savaşa girir, 4 il sonra hakimiyyətə respublikaçılar gəlir, siyasət dəyişdirilir, hər şeyə sıfırdan başlanılır.
Eyni partiya İranla nüvə danışıqlarına başlayır, 4 il sonra rəqib partiya hakimiyyətə gəlir, danışıqlar sıfırlanır, itirilən illər olur!
CHP illərini sərf edir ki, İsrail ilə yaxşı münasibətlər yaratsın, yaradır, AKP seçilir, İsrail ilə nəinki dost, qatı düşmən olur!
Avropa yönümlü "Vahid Milli Hərəkat" illər boyu ölkəsinin strateji xəttini bu inteqrasiya üzrə planlaşdırır, ardından seçki dəyişikliyi ilə hakimiyyətə gələn "Gürcü arzusu" Saakaşvilini həbs edir, AB ilə münasibətlər pozulur, ölkə siyasəti fərqli yön alır, itirilən isə illər olur..
Deyək ki, iyunun 7-si Köçəryanın "Hayastan" partiyası qalib gələrək, yenidən Qarabağ müharibəsinə başlamaq qərarına gəlir..
İtirilən illər, planlar və ən əsası, insanlar olur.
Bu cür yüzlərlə, minlərlə nümunə var!
Ana strategiyanın sabitliyi dövlətlərin əsas hədəfi, makro-siyasətidir, lakin, bu hədəfə dolayısı ilə xidmət edən köməkçi bir xətt də var: Vətəndaların razılığı, məişət çətinliklərinin olmaması, gündəlik sosial problemlərinin çevik həll edilməsi…
Bunun üçün isə əksinə, seçki olduqca vacibdir: Dövləti idarə edən şəxsin cəmiyyət tərəfindən seçilməsi nə qədər təhlükəli ola bilərsə, cəmiyyəti idarə edən, onların qayğı və problemləri ilə məşğul olan şəxsin cəmiyyət tərəfindən seçilməməsi də bir o qədər təhlükəli ola bilər!
Təsəvvür edin, hətta İmperator Lutsi Kornelioniun hakimiyyəti illərində Pompey şəhərinin idarəetməsinə rəhbərlik üçün seçkilər keçirilirdi. Məhşur Vezuvi vuıkanının şəhəri dağıtmasından 1 il əvvəl Pompey şəhərində keçirilən bələdiyyə seçkilərində əsas namizədlərdən biri - Aedil, yəni, indiki dil ilə desək, mer Lukretius Frontonun seçki şüarı bundan ibarət idi ki, əgər şəhərinizin küçələrində kanalizasiyanın yaxşı işləməsini və suyunuzun həmişə gəlməsini istəyirsinizsə, məni seçin!
Onun rəqibi, Aedil postuna digər namizəd,Qay Polibiusun isə şüarı bu idi ki, daha çox içki içmək, sərxoş olmaq istəyirsinizsə, bu şəraiti sizə mən yaradacağam!
Qədim Roma İmperiyası bir yana, hətta, Xl-əsr rus knyazlıqlarında, yol-su-tikinti kimi işlərə nəzarət üçün kənd icmaları - "Selskoe Obşina"lar var idi ki, bələdiyyələrin vəzifələrini onlar reallaşdırırlar.
Əgər biz, 21-ci əsrdə erkən orta əsr qaydalarını da tətbiq edə bilmiriksə…"
Geri qayıt |