Əsas Səhifə > Üst manşet / Güney Press > Suraxanıda dövlətin qanunları İŞLƏMİR
Suraxanıda dövlətin qanunları İŞLƏMİRBu gün, 07:26 |
|
XALQ xəbər verir ki, ərazidə fəaliyyət göstərən “Suraxanı Bazar” ASC-yə məxsus bazarda aparılan tikinti üçün hər hansı rəsmi icazə və ya təsdiqedici sənəd mövcud deyil. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi, həmçinin Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə verilmədiyi qeyd olunur. Qeyd edək ki, Suraxanı rayonunda uzun illərdir qanunsuz tikinti halları ilə bağlı narazılıqlar səsləndirilir. Müxtəlif dövrlərdə bu istiqamətdə müəyyən tədbirlərin görüldüyü bildirilsə də, problemin tam şəkildə aradan qaldırılmadığı qeyd olunur. Bu isə qanunsuz tikinti proseslərində maraqlı şəxslərin olduğu və həmin şəxslərin vasitəsilə bu cür işlərin davamlı həyata keçirildiyi ilə bağlı iddiaları gündəmə gətirir. Geri qayıt |