|
"Mən bir şəhid övladı olaraq Naxçıvan Muxtar Respublikasında bəzi dövlət qurumlarının fəaliyyətində müşahidə olunan ciddi problemlərlə bağlı Sizə müraciət edirəm..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində Təranə Nuriyeva adlı sosial şəbəkə istifadəçisi yazır. Narazı vətəndaş daha sonra bildirir: "Son dövrlərdə vətəndaş müraciətlərinə baxılması prosesində ciddi gecikmələr, bəzi hallarda isə müraciətlərin lazımi səviyyədə araşdırılmaması və nəticəsiz qalması kimi hallar müşahidə olunur. Bu vəziyyət insanların narazılığına səbəb olur və dövlət qurumlarına olan inamı zəiflədir. Bəzi dövlət qurumlarında — o cümlədən Ali Məclisə tabe strukturlar, Nazirlər Kabineti ilə əlaqəli idarələr və Təhsil Nazirliyi sistemində — vətəndaşların şikayət və müraciətlərinə yanaşmada qeyri-bərabərlik və laqeydlik halları barədə narahatlıqlar mövcuddur. Bu isə problemlərin vaxtında həll olunmamasına gətirib çıxarır. Bir şəhid övladı olaraq, bu məsələlərin ciddi şəkildə araşdırılmasını, bütün vətəndaş müraciətlərinə obyektiv və şəffaf yanaşılmasını və mövcud nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsini xahiş edirəm. Ümid edirəm ki, bu müraciətim diqqətlə nəzərdən keçiriləcək və müvafiq tədbirlər görüləcək..."
Geri qayıt
|