Əsas Səhifə > Üst manşet / Güney Press > "Nə edim? Necə edim? Kimə deyim?"

"Nə edim? Necə edim? Kimə deyim?"


Bu gün, 04:56

"Şikayətim Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyindəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Deməli, hardasa 20-25 gündür Binəqədi rayonu Mir Cəlal küçəsində su təzyiqinin aşağı olması və bəzən suyun heç olmaması ilə bağlı toplamda 18-20 dəfə qaynar xətt ilə danışmışam. Hər dəfəsində qeydə alındığını deyir ya da bizə baxan su idarəsinin nömrəsini verir sağollaşırlar. Problem sadəcə bizdə deyil bütün binada eybidir lakin zəng vurub şikayət edə biləcək adamlar deyil qonşular.
 
Suyun təzyiqi o qədər aşağıdır ki su isidici işə düşmür. Gün ərzində 8 saat (4 saat səhər 4 saat axşam) su verirlər onu da heç 1 saatını normal vermirlər
 
Nəticə etibarı ilə nə etsəm də nəticə ala bilmirəm. Niyə belədir? Nə edim? Necə edim? Kimə deyim?"

Geri qayıt