Əsas Səhifə > Üst manşet / Güney Press > Bu da yoldaş Bağırovun tender ortaqları
Bu da yoldaş Bağırovun tender ortaqlarıBu gün, 06:55 |
|
"DİA-AZ olaraq İsmayıllı Rayonunda müxtəlif qurumlar tərəfindən keçirilən tenderləri və qalib olan şirkətləri araşdırdıq.Məlum olub ki, 2025-ci ildə rayondakı dövlət qurumları ilə şirkətlər arasında 30 satınalma müqaviləsi bağlanıb və ümumi dəyəri 5 milyon 668 min 213 manat olan müqavilələr imzalanıb. Cari ildə isə tenderlərlə bağlı rayondakı müxtəlif dövlət qurumları ilə şirkətlər arasında ümumi dəyəri 7 milyon 639 min manat olan 3 satınalma müqaviləsi bağlanıb. Son iki ildə hələlik ən böyük tenderi "İsmayıllı Tikinti-27" ASC şirkəti qazanıb. Şirkət İsmayıllı rayonunun İvanovka kəndində 1 250 hektar ekin sahəsinin suvarma suyu ilə əldə edilməsinin yaxşılaşdırılması işləri üzrə tenderi qazanıb və 7 milyon 750 min manatlıq müqavilə imzalanıb. Qalib şirkət İsmayıllı rayonundakı dövlət sifarişlərində aktiv iştirak edir. Belə ki, şirkət 2025-ci ildə İsmayıllı Rayon İH-nin üç tenderinin qalibi olub və şirkətlər cəmi dəyəri 249 min manat olan müqavilələr imzalanıb. Rayonda ikinci böyük tenderi "Fərid Firması" qazanıb. Bakı şəhərində, Yevlax, Göygöl, İsmayıllı və Ağcabədi rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri həyata keçirən şirkətlə «Qaçqınkom»Tikilməkdə olan Müəssisələr Müdiriyyəti arasında 1 milyon 282 min manatlıq müqavilə imzalanıb. İsmayıllıda dövlət sifarişlərində digər aktiv şirkət "Huseynli Partners Architecture and Construction" MMC-dir. Bu şirkət İsmayıllı Rayon İHnin 3 tenderini qazanıb. Bu müqavilələr şirkətə 22 min manat qazandırıb. Birinci tender İsmayıllı rayonunda yolların əsaslı təmir işlərinin görülməsi üçün layihə-Smeta sənədlərinin satın alınması, ikinci və üçüncü tenderlər isə İsmayıllı rayonunda büdcə vəsaitlərinin abadlıq işlərinin görülməsi üçün layihə-smeta sənədlərinin satın alınması ilə bağlı idi. Rayonda daha bir iri tenderi isə "ATF" MMC udub. İsmayıllı Rayon İH MMC-ə 2 dəfə İsmayıllı şəhərinin prospekti və küçələrində asfalt örtüklü yolun əsaslı təmiri işlərini həvalə edib, 686 min manatlıq və 390 min manatlıq müqavilələr imzalayıb. Onu da qeyd edək ki, hazırda İsmayıllı rayonu Nahid Bağırovun idarəçiliyi altındadır və yuxarıda adlarını çəkdiyimiz "tender qalibləri" isə əslində möhtərəm başçının TENDER ORTAQLARI da hesab olunur. Geri qayıt |