Əsas Səhifə > Üst manşet / Güney Press > Vüsal Nəsirlidən keçmiş sədrə JEST
Vüsal Nəsirlidən keçmiş sədrə JESTBu gün, 06:25 |
|
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirlinin vəzifəyə təyin olunduğu gündən etibarən bu qurumda müəyyən təmizləmələr həyata keçirdiyi barədə məlumat vermişdik. Hər gün Vüsal Nəsirli tərəfindən işdən çıxarılan şəxslərin Saleh Məmmədovun yaxın qohumu olduğu tirajlanırdı. Belə anlaşılırdı ki, əvvəlki rəhbər Saleh Məmmədov bu qurumu daha çox ailə podratı kimi idarə edib. Amma deyəsən bu belə deyil. Çünki Saleh Məmmədovun ən yaxın kadrı, bacısının qudası olan Məhəmməd Musayev, hələ də vəzifəsində qalır və idarəni öz bildiyi kimi idarə edir. Məhəmməd Musayev 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin (XTYİ) rəisidir və uzun illərdir ki, bu idarəni idarə edir. Bir müddət əvvəl redaksiyamıza müraciət edən idarənin xadimə və fəhlələri Məhəmməd Musayevdən şikayətçi idilər.
Hazırda diqqət çəkən məsələ odur ki, Vüsal Nəsirli, çoxsaylı şikayətlərə baxmayaraq, Saleh Məmmədovun yaxın adamı olan Məhəmməd Musayevi himayə edir və onun barəsində heç bir tədbir görmür. "DİA-AZ" Geri qayıt |