Əsas Səhifə > Üst manşet / Güney Press > Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR

Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR


Bu gün, 05:03
“Şərq qapısı” qəzetinin əməkdaşları redaksiyada qorxu mühitinin yarandığını və işdən çıxarılma hədələri ilə üzləşdiklərini bildirirlər.
Onların sözlərinə görə, bu vəziyyət yeni baş redaktorun gəlişindən sonra yaranıb.
Əməkdaşlar qeyd edirlər ki, yeni rəhbərin məqsədi onları işdən çıxarıb, yerlərinə rüşvət qarşılığında yeni adamlar götürməkdir. İşçilər həmçinin qohumbazlıq və ədalətsiz münasibətdən şikayət edir, səslərini çatdırmaqda çətinlik çəkdiklərini vurğulayırlar.
“Şərq qapısı” qəzeti Naxçıvanın rəsmi dövlət orqanıdır.
Əməkdaşların “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, redaksiyada xüsusilə texniki heyət sıxışdırılır:
“Rəmzi Tahirli təyin olunduqdan sonra texniki heyəti işdən qovmaqla hədələyir. Bəhanəsi odur ki, ali təhsilimiz yoxdur. Lakin biz texniki işçi olduğumuz üçün ali təhsilə ehtiyac yoxdur. Burada 20 ildir çalışan texniki işçilər var. Əgər ali təhsil tələb olunurdusa, bu qədər il necə işləyiblər?
Baş redaktorun özü heç vaxt qəzetdə işləməyib, hətta məqalə yazmağı da bacarmır. Bəs onu necə təyin ediblər? Çünki səlahiyyətli nümayəndənin yerlisi və dostudur. Bundan əvvəlki baş redaktor Sara xanım Ceyhun Cəlilova baş əymədiyi üçün vəzifədən uzaqlaşdırılıb və yerinə özünə yaxın şəxsi təyin ediblər.”
Əməkdaşlar həmçinin bildirirlər ki, redaksiyada çalışanlar daim nəzarət altında saxlanılırlar:
“İşdə hamını qorxu içində saxlayırlar, heç kim açıq danışa bilmir. Kameralarla nəzarət edilir, hətta kim nə vaxt gəlir-gedir, hamısı izlənir. Maaşımız azdır, 500 manatla ailə dolandırırıq, amma buna baxmayaraq ən çox təzyiq bizə edilir.
Öz adamları işə gəlmir, amma bizi sıxışdırıb yerlərimizə başqa adamlar gətirmək istəyirlər. Bizi işdən çıxarsalar, harada işləyəcəyik? Naxçıvanda iş yerləri bağlanıb, fabrik yoxdur, zavod yoxdur.”

Geri qayıt