Əsas Səhifə > Üst manşet / Güney Press > TƏBİB-in TƏCİLİ olmayan yardımı...

TƏBİB-in TƏCİLİ olmayan yardımı...


Bu gün, 06:34

"Təcili Tibbi Yardım maşınında 4-5 xəstəxana gəzəndən sonra xəstəmiz 10 saatdan çox təcili yardımın xərəyində “Semaşko”nun koridorunda qalmışdı..." "DİA-AZ" xəbər verir ki, bunu son günlər TƏBİB rəhbərliyində baş verən dəyişiklikləri şərh edən tanınmış yazar Rauf Qərib Alagöz özünün sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Demişdilər “aparın harda ölür ölsün, yer yoxdu”.
Bir gün sonra Sabunçuya yerləşdirilsə də, təəssüf ki, rəhmətə getdi (45 yaş).
Hələ “qırxı” çıxmamış... İndi baxıram... hamısını işdən çıxarırlar.
Bəs, cib güdənlərin ucbatından ölənlər geri qayıdacaq?
 İnşallah gələnlər gedənləri aratmaz.
İnşallah artıq TƏBİB həqiqətən də dərdlərə çarə olar..."

Geri qayıt