Əsas Səhifə > Üst manşet / Güney Press > "1 aydan çox vaxt keçməsinə baxmayaraq..."
"1 aydan çox vaxt keçməsinə baxmayaraq..."Bu gün, 10:11 |
|
"Mən Vadi.az karqo şirkəti ilə bağlı ciddi narazılığımı bildirmək istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə Firuzə Müslümzadə adlı sosial şəbəkə istifadəçisi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Mən 13 mart tarixində məhsulum üçün elektron gömrük bəyannaməsi etmişəm. Buna baxmayaraq, bağlama yalnız 27 mart tarixində göndərilib (təxminən 2 həftə gecikmə ilə). Daha sonra isə bağlamanın statusu bu günə qədər “yoldadır” olaraq qalır.
Şirkətlə dəfələrlə əlaqə saxlamışam. Hər dəfə “bu gün”, “sabah”, “yoldadır”, “gələn həftə Bakıda olacaq” kimi cavablar verilir, lakin artıq 1 aydan çox vaxt keçməsinə baxmayaraq məhsul hələ də çatdırılmayıb.
Karqonun gecikməsinə səbəb kimi Amerikada baş verən ümumi logostika problemini bəhanə edirlər lakin, məndən 2 həftə sonra digər karqo şirkətləri ilə verilmiş sifarişlər artıq keçən həftə ölkəyə çatıb..."
Geri qayıt |