Əsas Səhifə > Üst manşet / Güney Press > Məhkəmə qərarı əgər oyun-oyuncaqdırsa...

Məhkəmə qərarı əgər oyun-oyuncaqdırsa...


Bu gün, 04:05

"...“Mən məhkəmənin qərarını vecimə də almıram!” – bir az əvvəl hüquq-mühafizə orqanlarımızın birinin (ən çox hörmət etdiyim) əsas binasında müstəntiq mənə müdafiə etdiyim şəxsin dindirilməsi əsnasında bildirdi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra bildirir: "Mənə böyük hörməti olduğunu, xətrimni çox istədiyini də vurğuladı. Amma səmimi (ümumiyyətlə, çox savadlı, səmimi və xarizmatik müstəntiqdir) heyfsləndi ki, hələ də idealistəm və məhkəmə qərarlarının gücünə inanıram. İşin mahiyyət isə budur ki, müdafiə etdiyim şəxslə digər vətəndaş arasında kommersiya mübahisəsi olub. Müdafiə etdiyim şəxs məhkəmələri udub: Ali Məhkəmənin yekun qərarından da 2 ildən çox vaxt ötüb. İndi də hüquq-mühafizə orqanı bu kommersiya mübahisəsini qurdalamağa başlayıb. Mən də dedim ki, axı iş üzrə qüvvəyə minmiş məhkəmə qərarı var, iş bitib, bu nə yeni icraatdır belə? Müstəntiq də mənə belə səmimi cavab verdi. Mən də səmimi deyim: heç incimədim də...
Onu da əlavə edim ki, hələ noyabr ayında Ali Məhkəmənin sədrinin qəbuluna yazılmışam ki, məhkəmə sistemində baş verən özbaşınalıqlar haqda ona məlumat verim. Ali Məhkəmədən iki dəfə zəng vurub bildiriblər ki, qəbulu gözləyim. Mən də gözləyirdim. Amma daha gözləmirəm. Yalnız ona görə yox iki, ötən 3 ay ərzində qarşıma çıxan məhkəmədə ədalətsizliyi daha da artıb. Əsasən ona görə ki, bugünkü hadisənin hansı hüquq-mühafizə orqanında baş verməsini yalnız Ali Məhkəmənin sədrinə bildirə bilərəm. Başqa heç kəsə! Yəni indi o, mənimlə görüşməkdə daha çox maraqlı olmalıdır. Təbii, ona doğrudan da məhkəmə sisteminə hüquq-mühafizə orqanlarında verilən qiymət maraqlıdırsa. Maraqlı deyilsə, mən də daha görüşmək istəmirəm. Bəlkə hətta müstəntiq olmağı da düşündüm…"

Geri qayıt