Əsas Səhifə > Üst manşet / Güney Press > Şərur sakini ACINACAQLI DURUMDA

Şərur sakini ACINACAQLI DURUMDA


Bu gün, 05:33

"Mən Mirzəyeva Aynur 3 uşaq anasıyam. Şərur rayonu Arpaçay kənd sakini olaraq bildirirəm ki, hazırda elə bir durumdayam ki, hətta qalmağa yerimiz belə yoxdur və bununla bağlı əlaqədar qurum və şəxslərə dəfələrlə müraciət etsəm də, heç bir faydası olmayıb.

Bir daha qeyd etmək istəyirəm ki, acınacaqlı vəziyyətdə yaşayıram. Son 3 il ərzində neçə dəfələrlə Məşğulluq idarəsində qeydiyyatdan keçmişəm. Ancaq heç bir faydası olmayıb. Bir daha vurğulamaq istəyirəm ki, yaşamağa evim belə yoxdur. Neçə ildir ki, sığınacaq olaraq şəraitsiz bir evdə yaşayıram. İşlə əlaqəli olaraq demək olar ki, Muxtar respublika ərazisində bütün qurumlara müraciət etmişəm. Amma heç bir xeyri yoxdur.

Qeyd edim ki, övladlarım da azyaşlıdır. Və bu çətin şəraitdə az qala intihar həddinə çatmışıq. "DİA-AZ" vasitəsilə Naxçıvan Muxtar respublikasının rəhbərliyindən mənə köməklik göstərilməsini xahiş edirəm ".


Geri qayıt