Əsas Səhifə > Üst manşet / Güney Press > Mollayevin MOLLALIĞI və ..

Mollayevin MOLLALIĞI və ..


Dünən, 07:13

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə işçi hüquqlarının pozulması ilə bağlı həyəcan təbili çalır. "DİA-AZ" olaraq NHMT sədrinin açıqlamasını təqdim edirik:

"Nepotizm!? Niyə #NobeloilLTD????
SOCAR AQŞ rəhbəri Samir Mollayev uzun müddətdir ki, ölkənin əmək qanunvericiliyinin müvafiq maddələrini mütamadi olaraq pozur, ancaq cəzasız qalr . Səbəbini isə özü ,#müvafiq qurumlar və şəxslər bilir,☝️
İşçi yazır:
Bu Mollayev bizi pis günə qoydu. Dekabr, yanvarın maaşını ala bilmirik .Bugün qazımı da kəsdilər. Ailəmin yanında xəcalətli qalmışam. Allah Mollayevin bəlasını versin.
Cənab Mollayev,
✅ARƏM maddə 310. -da yazılıb ki, rəhbər işçilər , bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
✅Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172. 5-ci maddəsi: Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə onun əmək haqqnln azı bir faizi məbləğində ödənc verilməlidir.
✅Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.1-ci maddəsi: İşəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştirak payları :SOCAR-13.38% , ✅#NobelOilLtd., - 73.77%,
Abşeron Qazma MMC -12.85%..."

Geri qayıt