Əsas Səhifə > Üst manşet / Güney Press > Bir səhv... 100 MANATINI APARIR!
Bir səhv... 100 MANATINI APARIR!Dünən, 06:42 |
|
"Mən Nəcmiyyə Sədizadə Natiq qızı səhvən öz ABB kartımdan Leobank kartına rəqəmin hər hansı birini yanlış yazdığıma görə 100 manat pul köçürmüşəm..." "DİA-AZ" xəbər verir ki, bunu narazı vətəndaş özünün sosial şəbəkə hesabında paylaşıb.
Müraciətdə daha sonra deyilir: "Beynəlxalq Bankla əlaqə saxladım... mənə məlumat verildi ki, AniPay üzərindən köçürdüyüm üçün sorğu göndərmək olmur. AniPayla əlaqə saxladım Leobanka yönləndirdi. Leobankda yenidən ABB-yə yönləndirdi.. belə-belə ortada yenə 40 manatlıq kontur getdi. Ən sonda Şəmkir rayonunda kursda olduğum üçün Şəmkirdə yerləşən ABB filialına getdim və rəsmi ərizə yazdım Leobanka. Leobank da sorğunu qəbul etmədi ki, məhz AniPay üzərindən gedib. Neyləyək.... indi kimə deyək dərdimizi... O 100 manat bəlkə sizin üçün heç nə olmaya bilər, amma mənim üçün böyükdür.
Mən hansısa bir borcumu ödəmək üçün göndərirdim o pulu. Kimə deyək dəqiq bir ünvan deyin ona müraciət edək..."
Geri qayıt |