Əsas Səhifə > Üst manşet / Güney Press > "Siz müştəri itirəndə anlayacaqsınız ki..."

"Siz müştəri itirəndə anlayacaqsınız ki..."


Dünən, 08:44

"Mən "CityNet"dən şikayətçiyəm". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Emil Əliyev adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "Bir neçə gün əvvəl bütün İptv aparatlara yeniləmə verilib.

1- Bu aparatın yeni interfeys üçün gücü çatmır, aparat donmağa başlayıb. Harasa basmaq ya da kanalı çevirmək üçün 3-4 saniyə gözləyirsən.

2- Əvvəlcədən hansı kanalda TV-ni söndürmüsənsə, yandıranda eyni kanalda qalırdı, indi isə yandırırsan, Baş menyuya qayıdır və orda girib kanalları axtarıb tapmalısan baxmaq istədiyin kanalı ( çox məntiqsiz bir şey).

3- Müştərilərə heç bir xəbərdarlıq eləmədən məcburi hamıya bu yeniləmə verilib və geri qaytarmağa da mümkün olmadığını qeyd edirlər. Yəni xoşuna gəlmir imtina edə bilərsən deməkdi.

Ay "Citynet"... sizin proqramistlərə mən nə deyim... söz də tapmıram... bu qədər primitiv bir şey yaradıb edə bilmirlər. Heç olmasa özlərində aparatlarda test edib sonra buraxardılar. Yaşlı insanlar var hansı ki köhnə sistemə interfeysə öyrəşib bir düymə ilə rahat kanalları idarə edirdi. Bu nədi adam hər dəfə tv açanda kanal axtaracaq....

Ümüd edirəm siz müştəri itirəndə bunu başa düşəcəksiz. Və hamıya da "Citynet"dən - "İptv"dən imtina etməyə məsləhət edirəm. Bu artıq hörmətsizlik və özbaşnalıqdı..."


Geri qayıt