Əsas Səhifə > Üst manşet / Güney Press > Müştəriləri bu bankı TƏRK EDİR...

Müştəriləri bu bankı TƏRK EDİR...


Dünən, 08:32

" Bu gün artıq 4 ilə yaxın istifadə etdiyim ABB kartlarımdan imtina etdim. Səbəb - bərbad vəziyyətə düşən tətbiq..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "Dəfələrlə yeniləməyimə, silib, yenidən yükləməyimə baxmayaraq, ödənişlərdə "texniki xəta" bildirişləri görməkdən bezdim. Təcili pul köçürməsində camaata deyirəm sizallah gözləyin, bankda nəsə problem var. Artıq neçənci dəfədir ki, "mall"dan çıxarkən "online" ödəmənin keçdiyini göstərir amma, gedib şlaqbaunda deyirlər ki, bankınız tərəfindən ödəniş çatmayıb. Arxada dayanan çoxlu sayda maşından yol istəyirəm ki, geri qayıdım ödəniş terminalına yaxınlaşım. Bu tətbiqin işləri belə çətinləşdirməkdə məqsədi nədir?"


Geri qayıt