Əsas Səhifə > Üst manşet / Güney Press > 20 illik məmurun oğlundan XƏBƏR VAR
20 illik məmurun oğlundan XƏBƏR VARBu gün, 06:57 |
|
""Qudalar Agentliyi"nin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini (2006-cı ildən) Rafiq Aslanovun oğlu Afiq Aslanov atasının Londonda ona aldığı evi girov qoyub..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Cavanşir Həsənli qeyd edib.
O daha sonra bildirir: "Aşiq Aslanov avqustun 27-də İngiltərənin MT FINANCE LIMITED şirkətindən yüksək faizlə (10.2 % Avropa üçün yuxarı göstəricidir) 1 il ərzində geri ödəmək şərtilə 235 min 950 funt (530 min manata yaxın) pul götürüb. Bu kredit Egham şəhərindəki 1a Wetton Court (Title No. SY793665) ünvanındakı daşınmaz əmlak üzərində girov (charge) yaradılması ilə təmin edilib.
Bu gün isə dekabrın 2-də isə Londonda Rafiq Aslanovun oğluna məxsus bahalı maşınlar kirayəsi verən PERFOCARS LIMITED şirkəti fəaliyyətini dayandırıb. Bu günlərdə həmçinin Afiq Aslanovun 2016-cı ildən Londonda fəaliyyətdə olan digər şirkəti- G.V.B Ltd., Harrow ilə bağlı “Petitions to Wind Up (Companies)" , yəni şirkəti məcburi şəkildə bağlamaq üçün verilən məhkəmə iddiası qaldırılıb.
Yüksək məbləğdə borcun və maşınların satılmasının səbəbi bəlli deyil.
Görəsən, su olmasa cənab Aslanovun oğlu bir ilə yarım milyonu qaytara biləcəkmi?"
Jurnalist daha sonra bu qeydi etməyi də borc bilib: "Qudalar Agentliyi" Zaur Mikayilovun sədri olduğu Dövlət Su Ehtiyatları Agentliyinin qeyri-rəsmi adıdır...
Geri qayıt |