Əsas Səhifə > Üst manşet / Güney Press > Həsənovun 7 aylıq xərci: 22 milyon...

Həsənovun 7 aylıq xərci: 22 milyon...


Bu gün, 07:00

32gun.az-ın araşdırmasına görə, cari ildə Elşad Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən Yasamal Rayon İcra Hakimiyyəti sadəcə 7 ay ərzində 21.767.741,2 manatlıq tender müqaviləsi bağlayıb.

Araşdırma göstərir ki, ilin əvvəlindən icra orqanı tender fəaliyyətinə 30.04.2025 tarixində İST Firmasından 10.560 manatlıq Aİ-95 markalı benzin almaqla başlayıb.

Daha sonra bağlanmış əsas müqavilələr aşağıdakılardır:

“Ramco” Qapalı Səhmdar Cəmiyyəti – Köçürülmə işləri üçün daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsi – 17.051.000 AZN

“Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üçün daşınmaz əmlakların ekspertizası və kütləvi qiymətləndirilməsi – 1.971.390,6 AZN

İST Firması – Aİ-95 markalı benzin – 10.560 AZN

“Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin ekspertizası və kütləvi qiymətləndirilməsi – 1.971.390,6 AZN

“Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin ekspertizası və kütləvi qiymətləndirilməsi – 763.401 AZN

Qeyd edək ki, rəsmi məlumatlara görə, Yasamal rayonunun əhalisi 249.335 nəfərdir. Sadə hesablama göstərir ki, təxminən bir sakin üçün 1 milyon manata yaxın pul xərclənib – gülməli səslənsə də, rəsmi rəqəmlər belədir.

Beləliklə, Elşad Həsənovun rəhbərliyi altında icra orqanı 7 ayda ümumilikdə 21.767.741,2 AZN dəyərində tender müqaviləsi imzalayıb.


Geri qayıt