Əsas Səhifə > Üst manşet / Güney Press > Qalmaqallı kolleclə bağlı daha bir iddia

Qalmaqallı kolleclə bağlı daha bir iddia


Bu gün, 07:02

Gəncə Regional Kollecdə Həmkarlar İttifaqının sədri Vüqar Cahangirov haqqında ciddi maliyyə pozuntuları və səlahiyyət sui-istifadəsi ilə bağlı yeni iddialar səsləndirilib. Müəllim heyəti bildirir ki, Cahangirov həm tam ştat müəllim kimi dərs deyir, həm də tam ştatlı Həmkarlar İttifaqı sədri kimi 800 manat əməkhaqqı alır. Halbuki qanunvericiliyə əsasən, o, yalnız yarım ştat həcmində bu vəzifəni icra edə bilər.

Daha bir narazılıq isə 2025-ci illin avqust ayında müəllimlərdən 15 manat məbləğində pulun yığılması ilə bağlıdır. Cahangirovun izahatına görə, bu vəsait Qarabağa səfər üçün portaldan qeydiyyatla bağlı ödəniş kimi tələb olunub. Lakin bu məbləğin hansı əsasla yığıldığı və hara xərcləndiyi barədə müəllimlərə heç bir rəsmi hesabat təqdim olunmayıb.

Qeyd edək ki, portaldan qeydiyyatdan keçmək üçün hər hansı ödəniş tələb olunması qanunsuzdur, çünki:

1. Dövlət orqanlarının vətəndaşlara xidmətləri (xüsusilə təhsil və sosial tədbirlərlə bağlı) yalnız qanunla müəyyən olunmuş rüsum əsasında ödənişli ola bilər.
2. Əgər Qarabağa səfər və ya hansısa portal üzərindən qeydiyyat tələb olunubsa, bu rəsmi dövlət tədbiri*dirsə, onun ödənişli olması yalnız *Nazirlər Kabinetinin qərarı və ya qanunvericiliklə təsdiq edilməlidir.
3. Fiziki şəxslər və ya vəzifəli şəxslər tərəfindən ödəniş toplanması və bunun portal qeydiyyatı ilə əsaslandırılması qanunvericiliyə ziddir və maliyyə pozuntusu hesab olunur."


Qarabağa müəllimləri kollektiv getməsinin təşkili üçün yalnız nəqliyyat pulunu ödəyən Cahangirov Həmkarlar İttifaqının büdcəsindən yüksək məbləğdə vəsaitin silindiyi, təşkil edilən turda müəllimlər yolda Qarabağda yedikləri içdikləri nə varsa hamısının hesabı müəllimlərin özlərinə ödətdirilibdir. Sədri olduğu qurumda özünə şəxsi mühasib tutaraq ona da aylıq 400 manat əməkhaqqı təyin etdiyi bildirilir. Bu isə həm qanunsuzluq, həm də etik prinsiplərin pozulması kimi qiymətləndirilir. Araz Paşayevin iddiaların araşdırılmasının vacibliyi nəzərə alaraq göstəriş verəcəyini ümid edən müəllimələr tezliklə məsələyə sədrin münasibətini bilmək istəyirlər.


Kollektivin əsas narazılıqlarından biri də odur ki, Vüqar Cahangirov direktor Xoşqədəm Xudiyevanın heç bir qanunsuz göstərişinə etiraz etmədən əmrlərinə tabe olur və müəllimlərin hüquqlarını müdafiə etməyə təşəbbüs göstərmir. (müəllimlərin hüquqlarını pozması faktlar növbəti yazılarımızda öz əksin tapacaqdır.)

Məsələ ilə bağlı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin bu iddialardan xəbəri olub-olmaması sual doğurur. Araz Paşayev qeyd edilən məsələ ilə bağlı hansı addımları atacağı sualların əsas cavabı olaraq tərəfimizdən növbəti yazımızda məlumat veriləcəkdir. Bizi izləməyi unutmayın.


Geri qayıt