Ajans.az-ın əldə etdiyi məlumata görə, onların sözlərinə görə, birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş şəxslərin dəfn edildiyi ərazi uzun müddətdir ki, uçub-dağılmaq üzrədir və bərpa olunmur.
Şəhid ailələri bildiriblər ki, illərdir bu məsələnin qaldırılmasına baxmayaraq, heç bir ciddi tədbir görülməyib. Xiyabanda döşəmə və məzar daşlarının dağılması, habelə abadlıq işlərinin aparılmaması şəhidlərin ailələrini ciddi narahat edir.
Onlar aidiyyəti dövlət qurumlarından şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq xiyabanın yenidən təmir-bərpa olunmasını və ərazidə lazımi abadlıq işlərinin görülməsini tələb edirlər.
