Əsas Səhifə > Üst manşet / Güney Press > AYNA rəsmən BAŞINI İTİRİB...
AYNA rəsmən BAŞINI İTİRİB...Bu gün, 07:06 |
|
Bakıda avtomobillər üçün minib-düşmə nişanı olan ərazidə sərnişin düşürən sürücü cərimələnib. Yenicag.az xəbər verir ki, sürücünün sosial şəbəkələrdə paylaşdığı fotoda göründüyü kimi o, avtobus zolağına məhz nişan olan ərazidə daxil olub. Qeyd edək ki, minib-düşmə nişanı (yəni “minik və düşmə yeri”) sürücülərin sərnişinləri təhlükəsiz və qısa müddətdə mindirib-düşürməsi üçün nəzərdə tutulmuş xüsusi ərazidir. Bu nişanla işarələnmiş yerlərdə dayanma yalnız sərnişinin minib və ya düşməsi üçün icazəlidir. Bu nişanların məqsədi şəhər nəqliyyatının hərəkətinin tənzimlənməsi və tıxacların qarşısını almaq, həmçinin piyadaların, eləcə də sərnişinlərin təhlükəsizliyini qorumaqdır. Belə yerlər adətən avtovağzalların, ticarət mərkəzlərinin, məktəblərin, xəstəxanaların və ya ictimai binaların qarşısında yerləşdirilir ki, sərnişinlərin nəqliyyata rahat minməsi və enməsi zamanı digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranmasın. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) rəsmisi Tural Orucov Yenicag.az-a açıqlamasında xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin sərnişinləri üçün minib-düşmə yerlərinin yaradılmasının ümumi mahiyyətini danışıb:
Geri qayıt |