Əsas Səhifə > Üst manşet / Güney Press > Deputatın 'obyektində' utancverici mənzərə
Deputatın 'obyektində' utancverici mənzərəBu gün, 06:49 |
|
Odlar Yurdu Universitetinin əsas girişində yerləşdirilən Ulu Öndər Heydər Əliyevin fotosunun rənginin solduğu müşahidə olunub. 32gun.az xəbər verir ki, Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan ümummilli liderimiz Heydər Əliyevin portretinin bu vəziyyətdə qalması təhsil ocağının ictimai simasına yaraşmadığı kimi, ali məktəbin ümumi görüntüsünə də kölgə salır.
Qeyd edək ki, Odlar Yurdu Universitetinin rektoru sabiq deputat Əhməd Vəliyevdir. Onun oğlu, hazırkı deputat Samir Vəliyev universitetin İdarəetmə Şurasının sədridir. Digər oğlu Münir Vəliyev isə ali təhsil ocağında I prorektor vəzifəsini icra edir. Geri qayıt |