Əsas Səhifə > Üst manşet / Güney Press > Dama dama göl olan TƏHSİL KORRUPSİYASI
Dama dama göl olan TƏHSİL KORRUPSİYASIBu gün, 07:02 |
Azərbaycan Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində məmnunluğun qiymətləndirilməsi məqsədilə sorğu keçirmək üçün 107.200,00 AZN dəyərində satınalma elan edib. "DİA-AZ" xəbər verir ki, bu məbləğ rəsmi dövlət satınalma portalında yerləşdirilib və artıq ictimaiyyətin diqqətini çəkib. Təhsil sahəsində fəaliyyət göstərən ekspertlər bir sorğuya 107 min manatın ayrılmasını qeyri-adekvat və israfçılıq, oğurluq kimi dəyərləndirir. Bu cür sorğular adətən elektron platformalar və ya məktəb şəbəkələri vasitəsilə çox aşağı xərclə həyata keçirilə bilər. Qeyd edək ki, bu barədə təhsil eksperti Elşən Qafarov məlumat verib. Hər halda, bu faktda əks olunan rəqəmlər kiçik görünə bilər. Doğrudur... Bu nədir ki? Əmrullayev daha böyük rəqəmlərlə yeyir... Amma bu da faktdır və bu korrupsiya damlaları hesabına dövlət büdcəmizə yağı kəsilən şəbəkə öz cinayətlərinin sayını artırmaqdadır... Geri qayıt |