Əsas Səhifə > Üst manşet / Güney Press > Bakının mərkəzində “Azparking” HOQQASI
Bakının mərkəzində “Azparking” HOQQASIBu gün, 02:16 |
Bakının Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsində “Azparking” yeni parklama xətləri çəkir. Yenicag.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin təqdim etdiyi videodan göründüyü kimi, bu ərazi 9 mərtəbəli bina ilə fərdi yaşayış evlərinin arasında yerləşir, qarşı tərəfdə isə yenə də çoxmərtəbəli binalar var. Məhz, bu keçid xətti sakinlər üçün əsas gediş-gəliş yoludur.
Ərazidə yaşayan sakinlər bu yerdə parkinq xəttinin çəkilməsinə etiraz ediblər. Çünki, buradan piyadalar keçir və burada piyada keçidi nəzərdə tutulmalıdır – əlində yük, səbət olan vətəndaş maşınların arasından keçməyə məcbur qalır:
Geri qayıt |