Əsas Səhifə > Üst manşet / Güney Press > Ramiz Mehdiyev işində onun da adı keçir

Ramiz Mehdiyev işində onun da adı keçir


Bu gün, 09:18

Hal-hazırda ölkə gündəmini məşğul edən Ramiz Mehdiyev məsələsi bir çox məmurların da kürkünə birə salıb. Yerli KİV-də yer alan informasiyalardan belə aydın olur ki, keçmiş PA rəhbəri görəvdə olmamasına rəğmən zamanında komandasında olmuş məmurları hətta kənardan belə yönəltməyi bacarıb və buna Ramiz Mehdiyevə bu günə kimi sadiq qalan məmurlar da könüllü olaraq şərait yaradıb.

"DİA-AZ"ın əldə etdiyi məlumatlardan belə aydın olur ki, Mehdiyevin əlindən su içib də sona qədər ona biət edənlər sırasında hazırda Ağsuya rəhbərlik edən Rövşən Bağırov da var.

Məlumatı verən qaynaq iddia edir ki, hətta Rövşən Bağırovun adı qaranlıq işlərdə də hallanmaqdadır:

"Onun adı hətta hüquqi araşdırmalar üçün də əhəmiyyətli araşdırma ünvanıdır. Yəqin ki, bunu da görə biləcəyik".

Qeyd edək ki, Rövşən bağırovla bağlı ilginc iddialar da yayılıb. Bu barədə növbəti yazımızda bəzi araşdırmaları aparıb məlumat verəcəyik. Bizi izləməyə davam edin...


Geri qayıt