Əsas Səhifə > Üst manşet / Güney Press > "Bu nə xidmət, bu nə iş prinsipidir"
"Bu nə xidmət, bu nə iş prinsipidir"Bu gün, 06:43 |
Bakıda fəaliyyət göstərən "KFC" restoranlar şəbəkəsindən vətəndaşlar narazılıq edir. Referans xəbər verir ki, şikayətçi KFC-dən yemək sifariş verdiyi üçün peşman olub. Sosial şəbəkələrin birində vətəndaşlardan biri sözügedən qida müəssisəsindən şikayət edərək bildirib ki, Fəvvarələr meydanındakı KFC -də ona qarşı hörmətsizlik edilib. "Tələsirdim və çox ac idim, tvister sifariş verdim, 35 dəqiqə gözlədim, bom-boş idi kafe. Ancaq gördüm ki? hələ tvister stolun üstündə qalıb heç bişməyə qoymayıblar, söhbətləşib deyib-gülürlər. Sonra bir nəfər də gəldi tvister sifariş verdi, onu da gözlətdilər. Belə başa düşdüm ki müəyyən sayda sifariş gözləyirlər ki, tvisterləri ondan sonra bişməyə qoysunlar. Mən isə tələsirdim, çıxıb getdim. Ancaq, bu nə xidmət, bu nə iş prinsipidir başa düşə bilmədim. KFC-də son dəfə bəlkə də 10 il əvvəl olmuşam. Ora hər zaman dolu olardı, sifariş də vaxtında gələrdi. Ancaq bu cür məsuliyyətsiz, müştəriyə qarşı hörmətsiz davranışla ilk dəfədir qarşılaşdım. Biz orda vaxt öldürməyə getmirik axı, insanlar acdır və yemək gözləyir, adı üstündə fast - food, ancaq nazla işləyirlər", - deyə vətəndaş qeyd edib. Geri qayıt |