Əsas Səhifə > Üst manşet / Güney Press > Şəhid atası bağça müdirəsini ifşa etdi
Şəhid atası bağça müdirəsini ifşa etdiBu gün, 05:38 |
Antiterror əməliyyatlarında şəhid olmuş Əzizbəy Muradovun atası Etibar Muradov Sabirabad rayonu Ulucalı kənd uşaq baxçasının müdiri Sevinc Mikayılovanın əməlləri ifaş edib. XALQ-ın məlumatına görə, şəhid atası çıxışında bildirir ki, Sabirabad rayonu Ulucalı kənd uşaq baxçasının müdiri Sevinc Mikayılova işçilərin maaşlarınıkəsir,uşaqlara gələn ərzaq paylarını mənimsəyir. Məsələ il bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə şikayət olunsada heç bir tədbir görülmür. Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili bu məsələyə biganə yanaşır və Sevinc Mikayılova haqqında şikayətlərə əhəmiyyət vermir. Görəsən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili hansı razılıq əsasında Sevinc Mikayılova fəaliyyətini davam etdirə bilir? Bu məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı. Yazıda adları keçənlərin fikirlərini dərc etməyə hazırırq. Həmin çıxışı təqdim edirik: Geri qayıt |