İstehsalçısı "Uzun Ömür Süd Məhsullar" MMC olan süd məhsullarının tərkibində marqarin yağından istifadə olunur.
"DİA-AZ" xatırladır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs., şimal hissəsi, Binəqədi şossesi ünvanında yerləşən "Uzun Ömür Süd Məhsullar" MMC süd məhsullarının istehsalı ilə məşğuldur və marqarin yağından istifadə faktı hələ keçən il ifşa olundu. Daha dəqiqi, şirkətin özü belə etiraf etmiş oldu... O zaman müştərilərin şikayəti ilə müəyyən olunmuşdu ki, sözügedən şirkətin В«İvanovnaВ» adlı şor məhsulunun tərkibində marqarin yağı olsa da, bu məqam məhsulun üzərində açıqlanmayıb. Belə ki, adıçəkilən məhsulun qablaşdırmasının üzərində məhsulun tərkibində süd, quru süd, süd yağı əvəzedicisi, duz və qara çörək otu olduğu qeyd edilib. "Uzun Ömür Süd Məhsullar" MMC-dən həmin ərəfədə verilən məlumatda deyildi ki, bu yağ - marqarin yağıdır. Amma nədənsə bu haqda məhsulun üzərində hansısa məlumat verilmir.
"DİA-AZ" qeyd edir ki, elə bu dəfə də gileylənən vətəndaş eyni məsələni qabardır. Amma burada diqqətçəkəni odur ki, narazı vətəndaş yediyi məhsulun dadından marqarin yağını hiss edir...
Beləliklə, "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Naim adlı istifadəçi yuxarıdakı fotonu təqdim edərək belə yazır:
"Bu qatığı kim nə məqsədlə istehsal edir bilmirəm.... Qatıq bildiyiniz margarindir...
Çox pis... nə badə bu məhsulu alasınız... Canınıza yazığınız gəlsin, dadı bərbad idi..."
Geri qayıt
|