Əsas Səhifə > Üst manşet / Güney Press > Neftçilər Gününü ac qarına qeyd edən neftçi...

Neftçilər Gününü ac qarına qeyd edən neftçi...


Bu gün, 05:43

Neftçilər günündə də işçisinin ailəsini əmək haqqısiz qoymuş cənab Mollayev və başqalarına xitab edərək "Zamana ehtiyac duyulur" xəbərdarlığını edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında növbəti şikayət dolu müraciəti ictimailəşdirərək yazır:
"Ölkə qanunvericiliyi mütamadi pozulur,müvafiq qurumlar susur,SOCAR təltif edir nəticədə ,cavabdeh qurumlar cəzasız , işçilər isə aylarla əmək haqqısız qalır.
Ölkənin əmək qanunvericiliyini mütamadi olaraq pozan,işçilərin əmək haqlarını daimi aylarla gecikdirən lakin cəzasız qalan(?????) SOCAR AQŞ 20 Sentyabr Neftçilər Günü münasibəti ilə sosial şəbəkədə paylaşım edərək neftçiləri təbrik edib və bildirir ki,şirkətin iki əməkdaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Fəxri neftçi” döş nişanı və Fəxri fərmanı ilə təltif edilmişdir.
SOCAR AQŞ rəhbərliyinin ölkənin əmək qanunvericiliyini növbəti dəfə də pozması nəticəsində Neftçilər günündə ailəsi çətinliyə düşmüş neftçi isə yazır ki:
Kömək edin,əmək haqqımız ödənilmir,səsimizə səs verən yoxdur, kimə zəng edirik ,cavab verən yox. vhatsApp qrupları bağlı olduğu üçün sözümüzü yaza bilmirik. yalniz inzibatcilar fikrlərini yaza bilər onlar da hec kimə hec nə demirlər ✅4 aya kecib maaş yoxdu uşaqları dərsə borcla əyin baş alib yollamişiq .Amma onların yemək-içməyi var axı. Bizi bu qədərmi insan hesab etmirlər? 15 günlük iş qrafikimiz var,ancaq 21 gün əzab əziyyətlə işləyib gəlirik evə. amma əmək haqqı isə yox.Söz deyəndə bir bəhanə ilə çağırıb sakitcə işdən uzaqlaşdırırlar..."
Qeyd edək ki, SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib.
Tərəflər və iştirak payları :SOCAR-13.38% , ✅#NobelOilLtd., - 73.77% , Abşeron Qazma MMC -12.85%
Azərbaycan Respublikası Əmək Məcəlləsinə, eləcə də əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların düzgün yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirmək və ya sahədə qərarlar qəbul etmək aşağıdakı qurumlar tərəfindən həyata keçirilir...

Geri qayıt