Əsas Səhifə > Üst manşet / Güney Press > AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR
AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNURBu gün, 09:25 |
Narazı vətəndaş müraciətində bildirir: "Mən, Şahməmmədov Amil Maarif oğlu, 2022-ci ildə “Azəriqaz İB” İstehsalat Birliyinə 4-cü dərəcəli qaz təsərrüfatı nəzarətçisi kimi işə qəbul olunmuşam. 2023-ci ildə keçirilmiş ixtisasartırma (attestasiya) imtahanında iştirak etmiş, 20 sualdan 19-na düzgün cavab verərək 5-ci ixtisas dərəcəsini qazanmışam. Bu dərəcə müvafiq qaydalara uyğun olaraq təsdiqlənmiş və sənədləşdirilmişdir.
Hal-hazırda isə, adı çəkilən 5-ci dərəcənin mənim tərəfimdən imza ilə könüllü şəkildə geri qaytarılması və etibarsız hesab olunması ilə bağlı təzyiqlərə məruz qalıram. . Məni məcbur edirlər ya bu ərizəyə qol çək ya da ərizəni yaz işdən azad ol .Qeyd etmək istəyirəm ki, bu cür addım nə qanunvericiliyə, nə də müəssisənin daxili normativ sənədlərinə uyğundur və mənim əmək hüquqlarımın pozulması deməkdir.
Qeyd olunan hallarla bağlı narazılığımı bildirir və hüquqlarımın qorunmasını xahiş edirəm. Bu barədə hüquqi tədbirlərin görülməsini, mənə qarşı edilən qanunsuz təzyiqlərin araşdırılmasını və 5-ci dərəcə üzrə mövcud statusumun dəyişdirilməməsini tələb edirəm.
Əks halda, hüquqlarımın müdafiəsi üçün aidiyyəti dövlət qurumlarına (Əmək Müfəttişliyi Xidməti, Ombudsman və s.) müraciət etmək hüququmu özümə saxlayıram.
Azəriqaz İB etdiyim müraciətlərə hələ də cavab vermir..."
Geri qayıt |