Əsas Səhifə > Üst manşet / Güney Press > "Nizami City" sakinləri CANA DOYURUB...
"Nizami City" sakinləri CANA DOYURUB...Bu gün, 05:28 |
Yasamal rayon sakini Yasəmən İbrahimova "Nizami City" yaşayış kompleksinin qanunsuz fəaliyyətindən şikayətçidir. Problemini Sitat.info vasitəsilə ictimailəşdirməyə çalışan vətəndaş bildirir ki, şirkət evinin dörd tərəfini hasara alaraq, tikinti işləri aparır. Məsələ ilə bağlı vəziyyəti yerində araşdırmaq adıçəkilən ünvana baş çəkdik. Qarşılaşdığımız mənzərə bizi məyus etdi. Yasəmən İbrahimovanın evinin ətrafı xarabalığı xatırladır. Dörd bir tərəfdə nəhəng kranlar işləyir, hər an təhlükəli vəziyyət yaşana, faciə baş verə bilər. Ərazidə nəinki tikinti normaları pozulub, sanki vətəndaşın evinin içərisində iş gedir. Y. İbrahimova deyir ki, ağır texnikaların işləməsi səbəbindən evində dərin çatlar yaranıb, evin uçmaq təhlükəsi var. Ən təhlükəlisi isə odur ki, tikinti aparılan ərazi ilə ev arasında cəmi 3 metrlik məsafə var. Şikayətçilər bu haqda daha ətraflı Sitat.inifo-ya danışıblar. Qeyd edək ki, oxşar hadisə ötən il də baş vermişdi. Saytların yazdığına görə , F.İbrahimbəyov küçəsi ev 16-nın sakini ilə "Nizami City" MTK arasında qalmaqal yaşanıb. Qeyd olunub ki, söküntü işi həyata keçirən tikinti şirkəti vətəndaşa rəsmən bir işgəncə yaşadıb. Məsələ ilə bağlı "Nizami City" yaşayış kompleksinin nümayəndələrinin də mövqeyini öyrənməyə çalışdıq. Bildirək ki, şirkət əslən İmişli rayonundan olan Afiq adlı iş adamına məxsusdur. Onun heyvandarlıqla məşğul olan sahibkar olduğu bildirilir. Şirkətdən məslə ilə bağlı Sitat.info-ya bildirilib ki, şikayətçi Yasəmən İbrahimovanın yaşadığı evin mülkiyyət hüququ tam olaraq qadının özündə deyil və bu məsələni qəlizləşdirir: "Məsələ belədir ki, orada müəyyən bir ərazi ortaq mülkiyyətdədir, yəni Telman İsayev və iki payçıya aiddir. Əksəriyyət pay hüququ Telman İsayevə aiddir. Şikayətçi Yasəmən İbrahimovanın yaşadığı mənzil isə xüsusi mülkiyyətdə olan torpaqda yerləşir. Çıxarışda da onların heç bir mülkiyyət hüququ qeyd olunmayıb. Bu səbəbdən şirkət tərəfindən şikayətçilərlə müqavilənin bağlanması mümkün olmayıb. Çünki Telman İsayev bu barədə narazılığını bildirir. Müqavilənin bağlanacağı təqdirdə, onun etibarsız olması barədə iddia qaldıracağını deyir. Müqavilə bağlansa da, torpaq sahəsinin ona aid olduğunu bildirir. Bu səbəbdən Yasəmən İbrahimova ilə müqavilənin bağlanması mümkün olmayıb. Üstəgək şirkət, Telman İsayevlə razılığa gələnə qədər ailənin şirkət hesabına kirayə çıxarılmasını təklif edir. Lakin onlar bu təklifi qəbul etməyiblər". Daha ətraflı videoreportajdan izləyin... Geri qayıt |