Əsas Səhifə > Üst manşet / Güney Press > Baş nazir buna NECƏ NAİL OLACAQ?

Baş nazir buna NECƏ NAİL OLACAQ?


Bu gün, 08:43

"Baş nazir ötən ayın sonunda bildirmişdi ki, 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası uğurla icra olunur və hazırda 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır. Yeni Strategiyanın necə hazırlandığını bilmirəm, amma 2022–2026-cı illər üzrə Strategiya (Prezidentin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunub) heç də uğurla icra olunmur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.

Hüquqşünas olduqca ilginc bir məqamla bağlı NK rəhbərliyinə haqlı irad və suallarını da ünvanlayır. O belə davam edir: "Belə ki, məsələn, həmin Strategiyanın 4-cü bəndinə əsasən 2026-cı ilin nəticələrinə görə ÜDM 2021-ci ilə münasibətdə 20% artmalıdır. Lakin ötən 3 ildə (2022-2024) artım təxmini 10% təşkil edib. Deməli, 2 il (2025-2025) ərzində də artım 10% təşkil etməldir. Lakin hökumət özü artıq proqnoz verib ki, 2025-ci il üzrə artım 3% təşkil edəcək. Növbəti ildə nəyin hesabına Strategiyadakı hədəfə çatmaq istəyirlər?.."


Geri qayıt