Əsas Səhifə > Üst manşet / Güney Press > Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir
Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmirBu gün, 09:10 |
“Planet Construction” MMC Xankəndi şəhər stadionunun tikintisində çalışan fəhlələrin pulunu vermədiyini və buna görə işlərin dayandığı bildirilir İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində iştirak edən şirkətlərlə bağlı son illər şikayətlər artmaqdadır. XALQ xəbər verir ki, görə sosial şəbəkələrdə yayılan məlumatlara görə Xankəndi şəhər stadionunun tikintisində iştirak edən fəhlələrin pulları bir neçə aya yaxındır verilmir. İşçilərin əmək haqqlarının verilməməsinə görə şəhər stadionun tikintisi hələki yarımçıq qalıb.
Məlumatlarda bildirilib ki, işlərə iyulun 18 -də start verilib və sentyabrın 10-da yekunlaşdırılması planlaşdırılır. Lakin görüntülərdən məlum olur ki, deyilən tarixədək görülən işlərin yükunlaşması inandırıcı görünmür. Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı şirkətdən açıqlama almaq mümkün olmadı. Geri qayıt |