Əsas Səhifə > Üst manşet / Güney Press > Burda müştərini hər addımda aldadırlar...

Burda müştərini hər addımda aldadırlar...


Bu gün, 09:03

Barəsində edilən vətəndaş gileylərindən az qala dastanlar yazılan "Kontakt Home" yenə də iş başındadır. Yəni narazılıq yaratmaqda. "DİA-AZ" xəbər verir ki, hətta dəfələrlə müvafiq dövlət qurumlarının tənə və cəza kəsmələrinə səbəb olmasına baxmayaraq, "Kontakt Home" yenə də ənənəvi ampluasından imtina etməyib. Yenə də müştəri narazılıqları, "Kontakt Home"un isə etinasızlıqları...

Bu dəfə Məmmədov Mətləb adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında belə yazır:

"Mənim bir şikayətim var, "Kontakt Home" ilə bağlı.

Deməli, saat almışam... bu ilin fevral ayında və deylib ki, su keçirmir, həmçinin paslanma ola bilməz.

15 gün keçəndən sonra saatın ekranı qaralıb və işləmir. Servisə vermişəm, deyirlər ki, su keçib, ona görə də işləmir və köməklik edə bilmərik. Bununla bağlı hara şikayət etmək olar..."


Geri qayıt