Əsas Səhifə > Üst manşet / Güney Press > Cəbrayılov: yerində olmayan başçı...

Cəbrayılov: yerində olmayan başçı...


Dünən, 07:03

Bakının Qara Qarayev prospektində yerləşən yaşayış binasında çatlar yaranıb. Sakinlər MTK-nı günahlandırır.

Tribunainfo.az xəbər verir ki, Tofiq Abbasov küçəsi 65 ünvanında yaşayan sakinlər deyirlər ki, ərazidə aparılan tikinti işləri nəticəsində binanın divarlarında dərin çatlar əmələ gəlib.

İddialara görə, “Global Engineering and Technology” MTK burada qaraj inşa edir.

Sakinlərin sözlərinə görə, əvvəlcə bu cür tikintidən xəbərsiz olublar, sonradan isə ərazidə qaraj tikiləcəyi məlum olub. Bu da narahatlığa səbəb olub. Onlar binanın təhlükəli vəziyyətə düşəcəyindən ehtiyat edirlər.

Məsələ ilə bağlı iddialarda adı çəkilən MTK ilə əlaqə saxlanılıb. Şirkət isə bu məlumatı təkzib edib. Onlar bildirir ki, burada heç bir qaraj tikintisi aparılmır, əksinə, binanın su hovuzu üçün qazıntı işləri görülür.

Həmin hovuzların məqsədi isə binanın su ilə təminatı və yanğın təhlükəsinə qarşı tədbirlərdir. Şirkət nümayəndəsi əlavə edib ki, işlər yaxın günlərdə başa çatacaq.

Nizami Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışılsa da, cavab almaq mümkün olmayıb.

Qeyd edək ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovdur.


Geri qayıt