Əsas Səhifə > Üst manşet / Güney Press > Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR

Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR


Dünən, 06:52

Ağdam rayonu, Çəmənli kənd sakini Şirinov Mədət Sabir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə səlahiyyətli qurumlara müraciət edir:

“Mən, Şirinov Mədət Sabir oğlu, yazaraq problemimi işıqlandırmağınızı xahiş edirəm.

Bildirim ki, ailəmə məxsus 1020 hektar torpaq sahəmiz var. Ailə üzvlərimdən heç kəs işləmir. Yeganə qazanc yerimiz həmin torpaq sahəmizdir. Onu da sulamağa imkan vermirlər.

Torpaq sahəmə yaxın və uzaq artezianlar var. Yaxın olandan istifadə etməyə qoymurlar. Uzaq olandan istifadə edirəm, amma onun itkisi çox olur.

Bu barədə İcra Hakimiyyətinə dəfələrlə məlumat vermişəm. Yaxın artezian quyusu çəkilən zaman mən ora ödəniş edə bilmədim, imkanım olmadı. Bu səbəbdən, istifadə etməyimə icazə vermirlər. Müraciət etdiyim qurumlar səssiz qalır.

Xahiş edirəm, mənə kömək edin. Torpaq sahəmə yaxın olan quyudan istifadə edim, ailəmi dolandırım".

Məsələ ilə bağlı Bələdiyyə sədri və artezianlara baxan sahə rəisi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavavbsız qaldı.


Geri qayıt